KepezTV Player
Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Dünən Füzuliyə səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsi bu gün Şuşada Cıdır düzündə olub. Səfərdə 18-dən çox ölkənin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.
- Baxış: 415