• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 09.07.2021 18:59

Sel suları ciddi fəsadlar törədib

KepezTV Player

Son günlər Qərb bölgəsində yağan güclü yağışlar dağlıq rayonlarda və kəndlərdə ciddi fəsadlar törədib. Tovuzun Qəribli və ətraf kəndlərində 20 dən çox evə, həyətyanı sahəyə sel suları dolub. Əkin sahələri və təsərrüfata zərər dəyib. Bir neçə xırdabuynuzlu heyvan suda boğulub. Kəndin kommunikasiya xətləri də sıradan çıxıb.