• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 09.07.2021 20:02

Gəncəli gənc YEU-nun idarə heyətinin üzvü seçilib

KepezTV Player

Mərkəzi Bürüseldə yerləşən  Avropanın ən böyük gənclər platformalırından biri sayılan Gənclərin mübadiləsi və anlaşması şəbəkəsi – YEU 28 ölkədən 36 təşkilatı öz ətrafında birləşdirir. Azərbaycan da 2003-cü ildən bəri bu platformanın tam hüquqlu üzvüdür. Bu il şəbəkənin idarə heyətinə seçilən üzvlər sırasında gəncəli gənc də yer alıb.

Beynəlxalq şəbəkənin idarə heyətinin üzvləri hər il keçirilən baş assambleyada təsdiqlənir. Builki assambleyaya onlayn formada təşkil edilib və tədbirə 40-a yaxın iştirakçı qatılıb. İdarə Heyətinə seçilən 5 üzvdən biri də gəncəli Hüseynxan Hacızadədir.

Hüseynxan Hacızadə - YEU-nun idarə heyətinin üzvü: Və bu il keçirilən həmin şəbəkənin baş asambleasında idarə heyəti üzvləriyinə məndə namizədliyimi vermişdim. Və çox sevindirici haldır ki, məndə həmin idarə heyəti üzvi olaraq seçildim. Bu idarə heyətinin mandatı 2 illikdir və 2 il ərzində bütün idarə heyətləri həmin o beynəlxalq şəbəkənin icra edilən fəaliyyətləri, gələcək planları, strateji planı, hansı istiqmətləri özünə prioritet seçir, onların təyin edilməsi müəyyən edilməsi və bütün üzv olan tamhüquqlu və asılı olan təşkilatlara icra edilən fəaliyyətlərin hesabatını təqdim etməyi öz öhdəsinə götürür.

Avropanın ən böyük gənclər platformasından birinə üzv seçilmək və orada Azərbaycanı təmsil etmək sevindirici olmaqla yanaşı, böyük məsuliyyət də tələb edir. Hüseynxan Hacızadənin fikrincə, Azərbaycanın bu platformada tam hüquqlu üzv olması gənclər siyasətinə böyük töhvə verəcək.

Hüseynxan Hacızadə - YEU-nun idarə heyətinin üzvü: Beynəlxalq şəbəkəyə üzv seçilməyin ən sevindirici tərəfi ondan ibarətdir ki,  Azərbaycan ölkə olaraq Azərbaycan gəcliyinin nümayəndəsi olaraq mən orda təmsil olunuram. Və Azərbycanın haqq səsini, Azərbaycanda keçirilən gənclər siyasətinin beynəlxalq səviyyədə tanıdılmasının eyni zamanda Avropa səviyyəsində keçirilən gənclər siyasətini gənclər təcrübəsini ölkəmizdəki gənclərə inteqrasiya etməyi planlaşdırırıq.

Hüseynxan Hacızadənin sözlərinə görə, YEU-nun idarə heyətinə üzvlük çərçivəsində gənclərin fəal iştirakçılığı, mədəniyyətlərarası dialoq və könüllülük fəaliyyətinin təbliği  ilə bağlı müxtəlif müştərək layihələrin icrası nəzərdə tutulur.