• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2526
— 09.07.2021 20:05

Gəncədə ilk dəfə olaraq inklüziv sinif açılacaq

KepezTV Player

Növbəti tədris ilindən inklüziv siniflərin təşkil edildiyi ümumtəhsil müəssisələrinin sayı artırılacaq. Respublikanın 6 şəhər və rayonunda, o cümlədən Gəncənin bir orta məktəbində ilk dəfə olaraq inklüziv sinif açılacaq.

İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Bu cür siniflər təşkil edilərkən yerli təhsil idarəetmə orqanları qarşısında belə uşaqlar üçün ümumtəhsil müəssisələrində loqopedik xidmətin yaradılmasını təmin etmək tapşırığı qoyulur. Gəncədə inklüziv sinif Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə fəaliyyət göstərəcək.

Raminə Məmmədova - Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi: Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması evdə inklüziv təhsilə cəlb olunurdu. Bu zaman pisxaloji tibbi pedaqoji komissiya fəaliyyət göstərirdi. Yenə həmin komissiya fəaliyyət göstərəcəkddir. Bu dəfə 39 nömrəli tam orta məktəbdə ki, sinif üçün uşaqların seçilməsi xüsusi formada icra olunacaqdır. Pisxaloji tibbi pedaqoji komissiya tərəfindən hər dəfə uşaqlar müsahibədən keçirilir, yoxlanılır.  İstər onların sağlamlıq vəziyyəti ki, onlar bu təhsil üçün uyğundurlarmı, istərsədə digər pedaqoji və pisxaloji vəziyyəti yoxlanılır.

İnklüziv siniflərin təşkili sağlam uşaqlarla sağlamlıq imkanları məhdud uşaqlar arasında fərqliliyi aradan götürmək, onların bilik və bacarıqlarından istifadəyə imkan yaratmaq məqsədi daşıyır. Belə siniflərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, onlarda özünə inam hissi formalaşır, cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşırlar və gələcəkdə məşğulluq kimi problemləri də aradan qaldırılmış olur.

Afət Cəmilova - 39 nömrəli orta məktəbin direktor müavini: Onların uşaq dünyasından, onların dünya görüşündən bağlı olaraq onlara təhsil keçiləcəkdir. Onlar fiziki məhdudun olduğunu hiss etməməlidirlər. O biri uşaqlarla bərabər olmalıdırlar. Bəzən elə olur ki, onların fikirlərində, düşüncələrində daha imkanlı fikirlər olur ki, biz onu üzə çıxarmaq istəyirik. Bizim məktəbdə həm inklüziv otaq var, həm də iki dənə dərs otağı da ayrılmışdır. Müəllimlər onların təlimi ilə bağlı hazırlıq kurslarından keçmişdi. Onlarla xüsusi maarifləndirici iclaslar olub. Onların təlimi üçün bizdə xüsusi ayrılmış seçim var.

Yeni qaydalara əsasən, komissiya tərəfindən seçilən fiziki məhdudiyyətli uşaqlar bilavasitə məktəblərdə dərs keçəcəyindən təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması üçün də tədbirlər görüləcək. Komissiya üzvləri tərəfindən şagirdlərin seçiminə avqustun sonlarından başlanacaq.

 

Elnur Vahidoğlu