• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 09.07.2021 11:58

"Vito" yük maşınına çırpıldı, 5 nəfər öldü

KepezTV Player

Sükana hakim kəsilə bilməmək, ani diqqətsizlik peşmanlıqla nəticələnib. Ölkə ərazisində qeydə alınan bir neçə qəzalarda ölən və xəsarət alanlar var. İzləyək.

Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində Zaqatala şəhər sakini 51 yaşlı Nazim Axundovun idarə etdiyi Mercedes Benz Vito111 markalı avtomobillə Gədəbəy sakini 37 yaşlı Səfxan Abdullayevin idarə etdiyi Howo markalı yük avtomobili toqquşub. Mercedesin sürücüsü Axundov və sərnişinləri Balakən sakini 45 yaşlı Nigar Qoqayevaı, Zaqatala sakinləri 37 yaşlı  Tünzalə İbrahimova, 36 yaşlı  Eyvaz İbrahimov, 17 yaşlı Yusuf Yusubov hadisə yerində ölüb, Xaçmaz rayon sakini 19 yaşlı  Rəcəb Mustafayev və Balakən sakini 11 yaşlı Hürü Qoqayeva xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar. İlkin ehtimala görə, qəzanın baş verməsinə Mercedesin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Şirvanda 10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu “Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 60 yaşlı  Şahnisə Hacıyeva, 63 yaşlı Səxavət Şəbiyev, 50 yaşlı Zaur Şəfiyev, 66 yaşlı  Rahilə İsmayılova, 46 yaşlı Müşfiqə Mehdiyeva və 42 yaşlı Vasif Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Tovuz rayonunda da xəsarətlə nəticələnən yol qəzası olub. Aşağı Öysüzlü kəndində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü 30 yaşlı Orxan Fazil oğlu Əhmədli ağır xəsarətlər alıb və Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti agır oldugundan daha sonra Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Goranboyun Dəliməmmədli şəhərində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil motosikletlə toqquşub. Motosikletin sürücüsü, 35 yaşlı Zahid Yüzbaşıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Gəncədə Şah İsmayıl Xətai prospektində "VAZ 21012" markalı minik maşını "VAZ 2106" ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib.