Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Diplomatik nümayəndələr əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Bildirilib ki, Ermənistan silahlı qüvvələri Füzuli şəhərini işğal etməmişdən əvvəl burada yerli əhəmiyyətli hava limanı mövcud olub. İşğaldan sonra Füzuli şəhəri kimi, hava limanı da ermənilər tərəfindən dağıdılıb. ** Xarici diplomatlar "Füzuli" yarımstansiyası ilə də tanış olublar. "Azərenerji”nin Qarabağ regionu üzrə rəhbəri Mircəlal Hüseynov yarımstansiya barədə məlumat verib. **Füzulidən sonra Şuşaya yola düşəcək xarici diplomatlar Azərbaycanın mədəniyyət paytaxtında müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar. Səfər sabah başa çatacaq. **Yeri gəlmişkən, bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.
- Baxış: 331