• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 08.07.2021 12:23

Odlu silah saxlayan şəxs tutulub

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olan məlumat əsasında qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Kamrəddin Ələsgərovun rayonun Sərkarlı kəndindəki fərdi yaşayış evinə baxış keçiriblər. Oradan 1 ədəd atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, yivli “TOZ 8” markalı odlu silah aşkar edilərək götürülüb. Maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb.