• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 06.07.2021 12:06

Avropa çempionu doğma şəhərində təntənə ilə qarşılandı

KepezTV Player

Almaniyanın Dortmund şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qalibi Turan Bayramov doğma şəhərində qayıdıb. Heydər Əliyev Park Kompleksində yerləşən Zəfər Tağının qarşısında sərbəst güləşçinin təntənəli qarşılanma mərasimi keçirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmiləri, idman ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri mərasimdə ölkədə, eləcə də Nizami yurdunda idmanın inkişafına, Gəncə güləş məktəbinin uğurlarına diqqət çəkilib. 28-29 iyunda keçirilən Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Turan Bayramov yarışa Almaniya idmançısı üzərində inamlı qələbə ilə başlayıb. Təmsilçimiz 1/4 finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi erməni Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə bu dəfə də heç bir şans verməyən Turan adını yarımfinala yazdırıb. Növbəti mərhələlərdə Gürcüstan və Moldova güləşçilərinə qalib gələrək Avropanın ən güclüsü olub.