• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 05.07.2021 12:01

Düşmən tərəfindən minalanmış ərazidə yanğın başlayıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində - Füzuli rayonunun Qarazalı kəndində düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.