• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 05.07.2021 12:13

Xəzərdə palçıq vulkanı sönməyə doğru gedir

KepezTV Player

Ötən gün Xəzər dənizində güclü alov müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Xəzərdəki partlayış palçıq vulkanın əlamətidir. Dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. **Həmçinin, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur