• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 03.07.2021 11:48

Bakı metrosunda törədilən terrordan 27 il ötür

KepezTV Player

Ermənistan xüsusi xidmət orqanlarının Bakı metrosunda törətdikləri terror aktından iyirmi yeddi il ötür. 3 iyul 1994-cü ildə 28 May və Gənclik stansiyaları arasında qatarda partlayış baş verib. Nəticədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu partlayışın arxasında Ermənistanın xüsusi xidmət orqanlarının dayandığını müəyyənləşdirib.