KepezTV Player
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6 200-dək reabilitasiya vasitəsi verib. Həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına start verilib. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub.
- Baxış: 417