• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 01.07.2021 12:30

Yarışlarda yer tutan idmançılar mükafatlandırılıblar

KepezTV Player

Gəncədə müxtəlif idman növləri üzrə ayrı-ayrı yarışlarda qalib gələn idmançılarla görüş keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsində təşkil olunan tədbirdə pandemiya qaydalarının yumşaldılması ilə uzun müddətdir keçirilməsi qadağan olan yarışların təşkilinə diqqət çəkilib. Qeyd olunub ki, bu yarışlarda Gəncədən olan idmançıların yüksək nailiyyətlər əldə etməsi sevindirici haldır. Nizami yurdunun təmsilçiləri savat və şaolin idman növü üzrə dünya kuboku, sərbəst güləş üzrə Avropa çempionatı, atletika və kross üzrə respublika çeminatında, taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan çempionatında Gəncəni layiqincə təmsil ediblər. Yüksək nailiyyətlər əldə edən idmançılar Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.