• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1654
— 29.06.2021 19:15

Tofiq Bəhramovun doğru qərarı

KepezTV Player

İngiltərə millisinin "Uembli" stadionunda Almaniya seçməsi ilə qarşılaşmasının unudulmaz xatirəsi də var. İllər öncə iki milli arasında baş tutan oyunda İngilislər 4:2 hesabı ilə qalib gəlib dünya çempionu adını qazanmışdılar. Həmin görüşdə Tofiq Bəhramovun doğru qərarı hələ də futbolsevərlərin yaddaşındadır.

Bu gün əksər futbolsevərlər 1966-cı ildə məhz bu stadion və bu milli komandalar arasında keçirilən, azərbaycanlı referi Tofiq Bəhramanovun köməkçi hakim olduğu matçı xatırlayıb. 55 il əvvəl dünya çempionatının finalında İngiltərə - Almaniya oyununda ingilislərin vurduğu məşhur üçüncü qol o zamandan bəri futbolda ən böyük mübahisələrə səbəb olsa da, "Sky Sports”un "Manday nayt futbol" verilişinin komandası 2016-cı ildə "Opta”dan alınan statistik məlumatlar, üstəlik "Sky Pad” toxunma ekranı və "EA (iey) Sports”un virtual reallığı sayəsində yan xətt hakimi, azərbaycanlı Tofiq Bəhramovun doğru qərarı verdiyini, topun qapı xəttini keçdiyini sübut edə biliblər. Bundan əvvəl 1998-ci ildəsə İsrailin "Orad" şirkəti "Virtual Ripley" proqramı sayəsində topun qapı xəttini keçdiyini təsdiqləmişdi". Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da oyunla bağlı maraqlı paylaşım edib: Bu axşam Uembli stadionunda keçiriləcək matçı səbirsizliklə gözləyirəm. Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır? - deyə səfir bildirib.