• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 24.06.2021 20:47

Mini futbol yarışına yekun vurulub

KepezTV Player

Gəncədə keçirilən mini futbol üzrə yarışa yekun vurulub. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə və dövlət qulluqçularının peşə bayramına həsr edilən birincilikdə Nizami yurdunda fəaliyyət göstərən 8 idarə və müəssisənin əməkdaşları mübarizə aparıblar. Final qarşılaşmasında Ədliyyə və Mühafizə idarələrinin komandaları üz-üzə gəlib. Gərgin keçən həlledici görüşdə daha yaxşı təsir bağışlayan Ədliyyə kollektivi 3:1 hesablı qələbə qazanaraq birinciliyin qalib olub. Yarışın sonunda təşkilatçılar tərəfindən ilk 3 yeri tutan komandalara medal, diplom və kubok təqdim edilib. Həmçinin mini futbol birinciliyində müxtəlif nominasiyalar üzrə ən yaxşılar mükafatlandırılıb.