• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 22.06.2021 20:39

"Kəpəz"də seleksiya məşqləri

KepezTV Player

“Kəpəz” futbol klubunda aşağı yaş qrupları üzrə komandalara seçim xarakterli məşqlər keçirilib. Ötən illərdən fərqli bu il seleksiya işlərinə uşaq futbolunda çalışan bütün məşqçilər cəlb olunub.

Vaxtilə Azərbaycan futboluna tanınmış simalar bəxş edən Gəncənin son illər əsas komandasının uğursuzluğu ilə yanaşı, uşaq futbolundakı durğunluq da bir mənalı qarşılanmır. Bunu nəzərə alan rəhbərlik uşaq futbolundakı vəziyyəti dəyişmək, inkişaf etdirmək üçün əməli fəaliyyətə keçib. Əvvəlki əzəmətini qaytarmaq istəyən klub Gəncə şəhər stadionunda 7-8, 9-10 və 11-12 yaşlı uşaqlar üçün seleksiya məşqləri təşkil edib. Seleksiyanın məqsədi perspektivli uşaqları üzə çıxaraq onları Gəncə və Azərbaycan futboluna qazandırmaqdır.

Seleksiya işlərindən sonra da, klub açıq qapı günlərini davam etdirəcək. Ömrünün 44 ilini Gəncə futboluna bağlayan əməkdar məşqçi Məhəmməd Məmmədov valideynlərə övladlarını futbol bölmələrinə yazdırmağa çağırış edib.

Övladlarını, nəvələrini və digər yaxınlarını futbola yazdırmaq istəyənlər seçimlərdən müxtəlif yollarla xəbər tutublar. Komandanın sosial şəbəkələrdəki səhifələrindən seçimin anonsunu görərək nəvəsini seleksiyaya gətirən Əsəd Məmmədov da belələrindəndir.

Kəpəz Futbol Klubunda seleksiya 1 həftə davam edib. Bu müddət ərzində seçilən uşaqlar klubun müvafiq yaş qrupları üzrə komandalarına cəlb edilib.