KepezTV Player
Azərbaycanda koronavirus infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb. İndiyədək ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 895 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddət ərzində isə ümumilikdə 3 690 224 test aparılıb. Koronavirus əleyhinə 42843 vaksin vurulub.
- Baxış: 411