• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 19.06.2021 21:15

Gəncəli idmançı Dünya kubokunun qalibi olub

KepezTV Player

Gəncəli idmançı Beyrək Bağırov növbəti uğuruna imza atıb. Nizami yurdunun yetirməsi bu dəfə fərqli idman növündə qələbə qazanaraq ölkəmizə qızıl medalla qayıdıb.

Beyrək Bağırov Ukraynanın Odessa şəhərində keçirilən savad döyüşü üzrə dünya kubokunda iştirak edib. 29 yaşlı idmançı həm də Fransa boksu kimi də tanınan bu növün layt-kontakt versiyasında vuruşub. 16 ölkədən 800-ə yaxın döyüşçünün qatıldığı yarışda Beyrək millinin tərkibindəki 17 idmançıdan biri olub. 75 kq-da çıxış edən gənc idmançı dünya kubokunda bütün rəqiblərindən üstün olmağı bacarıb.

Savad döyüşü ölkəmizdə 4 ildir ki fəaliyyət göstərir. Azərbaycanda yeni olduğundan bu növdə yarışlarda yaxşı nəticə vermək üçün təcrübə qazanmaq vacibdir. Bu baxımdan Beyrək Bağırov dünya kubokunun ardından vətənə dönməmişdən öncə Ukraynada hazırlıq da keçib.

Çempion olan Beyrək Bağırov artıq doğma şəhərinə də qayıdıb. Onu Heydər Əliyev parkının girişindəki Zəfər tağında məşqçiləri, yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb. İdmançını qarşılamağa gələnlər Beyrək Bağırovun dünya kubokunda qalib gəlməsini ölkəmizdə yeni yaranan bu idman növü üçün böyük nailiyyət olaraq qiymətlənidiriblər. Ukraynadakı qalibiyyətin gənclərin bu idman növündə kütləvi şəkildə məşğul olmasına şərait yaradacığı vurğulanıb.

Beyrək Bağırov dünya kubokunda qalib gəlməklə daha nüfuzlu yarışa vəsiqə əldə edib. Gəncəli idmançı iyulun sonunda Avstriyadakı dünya çempionatında yollanacaq.