• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 19.06.2021 12:42

Polis Gəncədə reyd keçirdi, bəzi avtobuslar xəttdən kənarlaşdırıldı

KepezTV Player

Gəncədə Dövlət Yol Polis Şöbəsnin əməkdaşları sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə reyd keçirib. Reyd şəhərin Heydər Əliyev prospektində ictimai nəqliyyatın daha sıx hərəkət etdiyi ərazilərdə aparılıb. Burada sürücülərlə profilaktik söhbətlər edilib. Sürücülərin və sərnişinlərin pandemiya qaydalarına riayət etmələrinin vacibliyi izah olunub. Nəqliyyat vastəsində tibbi maskadan istifadənin vacibliyi vurğulanıb. Həmçinin reyd zamanı 3 ictimai nəqliyyat vastəsində əlavə konstruksiyaların quraşdırılması faktları aşkarlanıb və həmin avtobuslar xəttdən kənarlaşdırılıb. Sərnişinləri isə əlavə avtobuslarla mənzil başına yola salınıb.