• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 17.06.2021 12:47

Toylar bu şərtlər daxilində keçirilə bilər

KepezTV Player

Operativ Qərargahın üzvü,Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov toyların keçirilməsi ilə bağlı açıqlama verib. Məclislərin bərpa olunacağı halda pandemiyaya uyğun şəkildə yeni qaydalarla keçiriləcəyini bildirib. Onun sözlərinə görə, istər toy, istərsə də bu kimi sosial məsələlərdə hazırda qarşıda duran əsas hədəf istənilən zaman yumşaldılmalara getməklə yanaşı, həm də sürətli bir şəkildə qapanmaya hazır olmaqdır.

Rəşad Mahmudov Operativ Qərargahın üzvü: İstər restaranlarımızda, istər açıq və qapalı məkanda bəlli bir qaydalar çərçivəsində xidmətlərin davam olunması, eləcə də dünyadakı var olan təcrübə, 3-cü bir amil bu gün ölkədəki yoluxma miqdarını nəzərə aldığımız zaman bəlli bir qaydalar və bəlli bir say çərçivəsində eləcə də zaman məhdudiyyəti qoymaqnan toy mərasimlərinin keçirilməsi düşünülə bilər. Və bu eləcə də gələcəkdə ola biləcək bizim demoqrafik rəqəmlərimizə ciddi bir şəkildə təsir edən bilirsiz ki, əsas amillərdən biridir.