KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən Göygöl rayonunda 9-cu siniflərin buraxılış imtahanları keçirilib. Saat 11-də başlayan imtahan 4 binada təşkil edilib. 91 nəzarətçi müəllim və 12 imtahan rəhbəri prosesə cəlb olunub. 995 şagird pandemiya qaydalarına uyğun 3 saat ərzində riyaziyyatdan 25, anadilindən 30, xarici dildən 30 sual, eləcə də 12 açıq tipli dinləmə mətnini cavablandırıblar. İmtahanda heç bir neqativ hal baş verməyib və cavablar yaxın günlərdə açıqlanacaq.
- Baxış: 636