KepezTV Player
Azərbaycanın azad edilmiş bütün rayonlarında yeni yarımstansiyalar tikilir. Hazırda Ağdamda 110 kilovolt gərginlikdə "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları qurulur. "Azərenerji" ASC-dən verilən məlumata görə, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında işlər başa çatıb. "Şuşa" yarımstansiyası istismara verilib, 110/35/10 kilovolt gərginlikli "Füzuli" yarımstansiyası isə üç ay ərzində tikiləcək. "Hazırda Kəlbəcərdə 110 kilovolt gərginliyində yeni yarımstansiya və elektrikötürücü xətləri tikilir. Analoji xətlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da tikilməkdədir.
- Baxış: 310