• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 16.06.2021 12:02

Erməni yaraqlılarının məhkəməsində zərərçəkənlər ifadə verib

KepezTV Player

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtiçyan  və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər başlarına gətirilən işgəncələrdən danışıblar. "Onlar Azərbaycan dilində də danışırdılar, bizə öz dilimizdə söyüşlər söyürdülər. Skeletləri çıxarıb güllələdirdilər, qızıl dişlərini çıxarırdılar. Bizə orda torpaq yedirtdilər" deyə zərərçəkənlər bildiriblər. Cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.