• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 15.06.2021 12:35

Göygoldə balıq məhsullarının antisanitar şəraitdə qurudululduğu sex aşkar edilib

KepezTV Player

Göygol rayonu, Quşqara kəndində balıq məhsullarının antisanitar şəraitdə qurudululduğu sex aşkar edilib. Belə ki, Qida Təhlukəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları sahibkar Qarayev Ülvi Həsən oğluna məxsus obyektdə baxış keçirib. Nəticədə sexdə normativ tələblərə əməl olunmadan balıq məhsullarının hisə verilərək qurudulduğu məlum olub.Təxminən 200 kq. balıq natəmiz, insan sağlamlığı üçün təhlükəli vəziyyətdə, standartlara cavab verməyən şəraitdə, baytarlıq ekspertizasından keçmədən istehsal edilib. Sexin fəaliyyəti məhdudlaşdırılıb, məhsul isə baytarlıq laboratoriyasına göndərilib. Laborator müayinələrdən sonra sahibkarı inzibati xətalar məcəlləsinin müvafiq maddəsilə 1000 manatdan 5 min manatadək cərimə gözləyir.