• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 15.06.2021 10:20

Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir

KepezTV Player

Bəli, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı.1993-cü ilin yayında vətəndaş müharibəsi təhlükəsi var idi. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən ulu öndər Heydər Əliyev Bakıya gəldi və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Bu il ilk dəfədir ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edir.