Goranboy rayonunun Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunda yenidənqurma işləri davam etdirilir. 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tap Qaraqoyunlu kəndinə qədər olmaqla iki istiqamət üzrə aparılır. Artıq layihənin Əlirzalı və Xan Qərvənd ərazilərini əhatə edən hissələrində işlər yekunlaşıb. Yeni Yol və Təhlə kəndləri ərazilərində isə hazırda asfalt-beton döşənməsi işləri icra olunur. Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşların rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək.
- Baxış: 287