KepezTV Player
Təhsil naziri Goranboy rayonu, Tapqaraqoyunlu kənd tam orta məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.21 şagirdin məzun olduğu məktəb Vətən müharibəsinə qədər cəbhə xəttində yerləşdiyi üçün mütamadi olaraq ermənilərin atəşinə məruz qalıb. Döyüş meydanında uduzduğunu anlayan ermənilər mülki obyektlərə, yaşayış evlərinə və dinc əhaliyə qarşı terror aktları həyata keçirib. Bu zaman Tapqaraqoyunlu kənd tam orta məktəbinə də erməni terrorçularının ağır artilleriyadan açdığı atəşlərlə zərər dəyib.***2020-2021-ci tədris ilində məktəblərin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir.
- Baxış: 317