• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 14.06.2021 09:37

Xarici diplomatlar Ağdama səfər ediblər

KepezTV Player

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Bu dəfə diplomatlar Ağdama səfər edərək erməni vandalizminə məruz qalan tarixi abidələrlə yerindəcə tanış olublar.

Ağdama səfərlərini Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksini ziyarət etməklə başlayan diplomatlar ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər. Qonaqlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verilib.

Cümə məscidinə də baş çəkən səfirlərə ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib. İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

Daha sonra qonaqlara Ağdam Dram Teatrının qalıqları da nümayiş etdirilib. Səfirlər Ermənistanın işğalı altında olduğu dövrdə Ağdam şəhərinin tamamilə dağıdıldığının şahidi olublar. Eyni zamanda diplomatlar Ağdam şəhərinin Baş Plan əsasında yenidən qurulacağı barədə məlumatlandırılıblar.

Səfər çərçivəsində Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Qiyaslı kənd məscidinə də baş çəkiblər. Səfər çərçivəsində diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.