• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2105
— 12.06.2021 11:16

AVRO-2020 başladı

KepezTV Player

Koronavirus pandemiyasına görə 2020-ci ildən bu ilə təxirə salınan futbol üzrə Avropa çempionatı dünən nəhayət ki, start götürüb. "Olimpiko" stadionunda təşkil olunan turnirin açılış mərasimi İtaliya futbolunun canlı əfsanələri - Françesko Totti və Alessandro Nestanın qonaqları salamlaması ilə başlayıb. Onlar birlikdə hər kəsə "Xoş gəlmisiniz" deyib.Daha sonra meydana üzərində 24 iştirakçı ölkənin bayrağı olan böyük toplar gətirilib və taliyanın tanınmış aria ifaçısı Andrea Boçelli "Nessun Dorma" mahnısını ifa edib. A‸rdınca isə böyük atəşfəşanlıq olub.