• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 11.06.2021 09:29

Qaydaları pozanlar məsuliyyətə cəlb olunub

KepezTV Player

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir. Rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.