• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 10.06.2021 13:03

"Şah" qələbə, Teymur yarım xal qazandı

KepezTV Player

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsində növbəti görüşlərini keçirib. Məmmədyarov V turda rumıniyalı Konstantin Lupulesku ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 38-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka qarşı mübarizə aparıb. Görüş heç-heçə yekunlaşıb. Beş turdan sonra 3 xalı olan Məmmədyarov ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.