• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 08.06.2021 21:17

“National Geographic”-in əməkdaşı şəhid jurnalistlərdən yazdı

KepezTV Player

Dünyaca məhşur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 325 minlik izləyicisi olan instagram səhifəsində Kəlbəcərdə minaya düşərək şəhid olan azərbaycanlı jurnalistlərdən yazıb. Hadisə yerinə yollanan Deqati erməni hərbçilərin təxribatçı fəaliyyətlərini xatırladaraq Ermənistan rəhbərliyinin mina xəritələrini təhvil verməkdən boyun qaçırmaqla mülki əhalini təhlükə altında qoymasına diqqət çəkib.“İki azərbaycanlı jurnalist avtomobillərinin Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdikləri milyon minadan birinə düşməsi nəticəsində burada həlak olub. Ermənilər hərbi məğlubiyyətlərindən sonra ayrılmazdan əvvəl minlərlə mina və bomba tələləri qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına qarşı olmaqla erməni rəhbərliyi minalar xəritələrini verməkdən imtina edir, xüsusi olaraq mülki əhali arasında yüzlərlə yeni ölümə və şikəstliyə səbəb olur, yenidən qurulmasını təxirə salmaqla qaçqınların qayıdışını gecikdirir”, - deyə Reza Deqati qeyd edib.