• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 07.06.2021 19:42

Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?

KepezTV Player

Məscidlərdə namaz qlımağa gələn insanların COVİD pasportunun olub-olmamasını icma üzvləri yoxlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bütün məscidlər bununla bağlı hazırlıq işlərini həyata keçirir. Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır. Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.