• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 07.06.2021 20:28

Şəhid valideynləri qəhrəmanları anıblar

KepezTV Player

Ölkənin müxtəlif bölgələrindən şəhid olan qəhrəman vətən övladlarının valideynləri Gəncədə olublar. Onlar Gəncədən olan şəhid və qazi ailələrinin nümayəndələri ilə Şəhidlər xiyabanını ziyarət ediblər.

İlk dəfə Gəncədə olan şəhid genral-mayor Polad Həşimovun anası Səmayə Həşimova, eləcə də digər şəhid valideyinlərinin şəhərlə tanışlığı İmamzadə dini komleksindən başlayıb. Gəncədən olan millət vəkili Müşfiq Cəfər ictimayyət nümayəndələri ilə birgə qəhrəman vətən övladlarının ailə üzlərini komplekslə tanış ediblər. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin dəfn olunduğu bildirilib. Şəhid valideyinləri türbəni ziyarət edərək duallar oxuyublar.

Ardından Gəncənin şəhidlər xiyabanı ziyarət edilərək Birinci və ikinci Qarabağ müharibəsində şəhid olan igidlərin qəbirləri üzərinə gül-çiçəklər düzülüb. Ruhlarına dualar oxunub.

Gəncədən olan qazilərlə görüşüb, söhbət edən şəhid valideynləri onların qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğuna diqqət çəkiblər. Bundan öncə şəhid valideyinləri Naxçıvan, Ordubad və Göygöldə olublar.

Elnur Vahidoğlu