• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 07.06.2021 16:28

Fəal gənclər mükafatlandırılıblar

KepezTV Player

Gəncədə ali və orta ixtisas məktəblərinin tələbələri arasında şahmat, stolüstü tennis, bilik yarışı və onlayn konfranslarin yekun mukafatlandırılması baş tutub. 1 ay davam edən yarış və tədbirlər ümumilli lideri Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə ulu öndər şəxsiyyətinə məhəbbətin aşılanması, onun irsinin öyrənilməsi və təbliği məqsədi daşıyıb. Gəncə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təkilatının və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirin sonunda gənclərə sertfikart və hədiyyələr təqdim edilib. Belə yarışların mütəmadi olaraq keçirildiyinə diqqət çəkilib.

Naqif Həmzəyev - YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili: Bu ildə əvvəlki illərdə olduğu kimi həm Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlər Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Tibb Kollecinin, Musiqi Kollecinin və Humanitar Kollecin tələbələri fəal iştirak etdilər və gördüyünüz kimi gənclər bu yarışın qalibləri bu gün mükafatlandırıldılar. Həmçinin  bu komandaları yarışa hazırlayan məşqçilər, məşqçi müəllimlər və hakimlər də mükafatlandırıldılar. Bizim əsas məqsədimiz ulu öndərin irsinin dərindən öyrənilməsi və gənclər arasında onun təbliği, yayılmasıdır.

Gulnara Budaqova - iştirakçı: Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98 il dönümünə həsr edilmiş bilik yarışında Gəncə Dövlət Universitetinin komandası olaraq birinci yerə çıxdıq. Bu yarışın ərsəyə gəlməsində əziyəti olan hər kəsə təşəkkürümü bildirirəm.

Ziyafət İsmayılova - iştirakçı: Ümumilli lidermiz Heydər Əliyevin 98 ci il dönümü münasibətilə şəhərimizdə şahmat və tenis yarışları keçirilmişdir və şahmat yarışında Gəncə Dövlət Universitetinin tələbəsi olaraq birinci yerə layiq görüldüm. Məşqçi müəllimimiz İlhamə müəllimə olmaqla hər kəsə öz dərin təşəkkürümü bildirirəm.