• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1673
— 06.06.2021 19:07

Avtomobillər toqquşub, sürücülər xəsarət alıb

KepezTV Player

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Həzi Aslanov küçəsində baş verib. "Range Rover" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub və yoldan çıxaraq yaşayış evinin hasarına dəyərək aşıb . Qəza zamanı vaz 2106 markalı avtomobilin sürücüsü 32 yaşlı Tovuz rayon Əlibəyli kənd sakini İsmayılov Orxan Mehdi oğlu və avtomobildə olan sərnişin 43 yaşlı Şəmkir sakini Əliyeva Elnarə Qasım qızı və "Rang Rover markalı avtomobilin sürücüsü 21 yaşlı Tovuz rayon sakini Mehraliyev Cavid İsgəndər oglu müxtəlif bədən xəsarətləri alıb. Elnarə Əliyevanın vəziyyəti ağır oldugundan o Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir.