KepezTV Player
Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev dəfn olunub.Göygöl rayonu Xasabağı kəndində keçirilən vida mərasimindən sonra Arif Əliyevin nəşi dəfn edilməsi üçün Göygöl rayon Şəhidlər Xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin doğmaları və yaxınları ilə yanaşı, Kəlbəcər və Göygöl rayonlarının rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Arif Əliyevin nəşinin büküldüyü üçrəngli bayrağımızış onun oğluna təqdim edilib.
- Baxış: 506