• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 05.06.2021 12:41

Tovuz döyüşlərinin şəhidi mayor Namiq Əhmədovun xatirəsi anılıb

KepezTV Player

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbirlər silsiləsindən Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan mayor Namiq Əhmədovun xatirəsi anılıb.Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Şəhid mayor Namiq Əhmədovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub. Şəhid zabitin şərəfli döyüş yolu haqqında məlumat verilib.