Gəzmək adı ilə Şəmkirdən Mingəçevirə gəldilər, həmyerlilərinin humanistliyindən istifadə edib onu qarət etdilər. Mingəçevir polisi taksi sürücüsünə qarşı soyğunçuluq edən müştəriləri məsuliyyətə cəılb edib.
Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfərin onu döyüb 130 manat pulunu apardıqlarını bildirib. Keçirilən əməliyyatla soyğunçuluğu törətməkdə şübhəli bilinən Şəmkir rayonu Dəllər-Cəyir kənd sakinləri - əvvəllər məhkum olunmuş Elşad İsmayılov, Ayaz Əsgərov və Malik Sadıqov saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib, hadisə zamanı sərxoş olduqlarını bildiriblər. Araşdırmalarla məlum olub ki, həmin şəxslər Şəmkir rayonundan gəzmək məqsədilə zərərçəkmişə məxsus avtomobillə Mingəçevirə gəliblər. Bir neçə dəfə xırda pullarının olmaması bəhanəsi ilə taksi sürücüsündən “borc” alıb, Şəmkirdə qaytaracaqlarını vəd ediblər. Əyləncələrini davam etdirmək üçün A.Verdiyevin cibində olan pulların hamısını ələ keçirmək məqsədilə guya təcili olaraq Yevlax rayonu Hacıselli kəndinə getməli olduqlarını bildiriblər. Kənd ərazisində ətrafda insanların olmamasından istifadə edən Elşad İsmayılov sürücüyə xəsarət yetirib, pulunu ona verməsini istəyib. Məqsədlərinə çatdıqdan sonra isə həmin nəqliyyat vasitəsini özləri idarə edərək yenidən Mingəçevirə qayıdıblar. Bir müddətdən sonra avtomobili tərk edib, oradan uzaqlaşıblar.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 793