KepezTV Player
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən koronavirusa görə PCR test barədə arayış tələb olunmayacaq. Bu, Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da etdiyi dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.
- Baxış: 415