• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1270
— 02.06.2021 12:27

Türkiyəli Baş Prokuror erməni terrorunun izləri ilə tanış olub

KepezTV Player

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycana səfəri çərçivəsində başçılıq etdiyi nümayəndə heyəti ilə Gəncəyə gəlib. Qonaqlar Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Nizami Muzeyində dünya şöhrətli dahi Azərbaycan şairinin irsi ilə tanış olub. Baş Prokuror Kamran Əliyevin də iştirak etdiyi səfər zamanı qonaqlar daha sonra Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, günahsız mülki insanlara qarşı törədilən hərbi cinayətlərin nəticələri ilə yerində tanış olublar. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Bəkir Şahin və başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhər prokurorluğunun inzibati binasında yaradılan şəraitlə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.