• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2267
— 02.06.2021 12:20

Rəsmi Bakıdan Makrona cavab

KepezTV Player

"Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri missiyasını yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışır. Fransanın isə hər hansı rolunu görmürük". Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Makronun Paşinyanla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib. Deyib ki, Azərbaycan hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib. O ki, qaldı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, onlar hərbi əsir deyillər.