• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 01.06.2021 12:14

Analitiklər: Yaxın illərdə saniyədə 100-300 Mbit internet sürəti istifadəçilərə kifayət edəcək

Strategy Analytics şirkətinin analitiklərinin sözlərinə əsasən Nilsen qanunu artıq çalışmır. Qeyd etmək lazımdır ki, bu qanuna əsasən adi istifadəçilər üçün olan internet bağlantısının sürəti hər il 50% yüksəlir. Analitiklərin fikirlərinə əsasən son 10 ildə internet bağlantısı məsələsində müşahidə edilmiş sürət yüksəlişini yaxın illərdə gözləmək lazım deyil. Təqdim olunmuş proqnoza əsasən 2028-ci ilə kimi genişzolaqlaı internet sürətinin artımı 82% aşağı düşəcək.

Analitiklərin fikirlərinə əsasən yaxın 10 il ərzində istifadəçilərin çox hissəsi üçün saniyədə 100-300 Mbit internet sürəti kifayət edəcək. Onlar düşünürlər ki, provayderlər daha yüksək sürət göstəricilərini təqdim etməyə davam edəcəklər. Lakin yaxın zamanda bu sahəyə külli miqdarda investisiyaların yatırılmasını gözləmək lazım deyil. Bunun yerinə şirkətlər öz diqqətlərini internet bağlantısında olan gecikmələrin azalmasına və stabil internet bağlantısının təmin olunmasına yönəldəcəklər.

Təqdim olunmuş yeni hesabatın müəlliflərinin sözlərinə əsasən indiyənə kimi genişzolaqlı internet sürətinin artımı bir sıra faktorlarla əlaqəli olub. Onlardan biri də streaming servislərin məşhurlaşmasıdır. Lakin mövcud olan internet sürətləri istifadəçilərin çox hissəsinin tələblərini yerinə yetirirlər. Analitiklər düşünürlər ki, 8K video, artırılmış və virtual reallıq, oyunların streaming servisləri və IoT (Internet of Things) kimi sahələr hələ ki, böyük kütləyə sahib deyillər və buna görə də onlar yaxın zamanda internet sürətinin artımı üçün yeni investisiyaların səbəbi olmayacaqlar.