Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə artıq 33 ildir ki, 31 may tarixi Tütünlə Mübarizə Günü kimi qeyd edilir. Tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələr, tütün istehlakının azaldılması üzrə görülən işlər bu günün əhəmiyyətini artırır. Buna rəğmən siqrət çəkənlərin sayında müşahidə edilən artım tibbi, sosial və psixoloji problemləri də artırır.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdirlər. Siqaretin tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır.
Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemiyası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir. Ölkəmizdə isə bu rəqəm 15 yaşdan yuxarı olan kişilər arasında təxminən 33,1% təşkil edir. Onu da qeyd etməyə dəyər ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir.
Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda ondan imtina edib yaxa qurtarmaq mümkündür.
Aişə Rzayeva
- Baxış: 538