• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 31.05.2021 20:10

Avtovağzallar faəliyyətini bərpa etdi

KepezTV Player

Bu gündən ölkə ərazisində açıq havada maska taxılması tələbi ləğv olunub. Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılıb. Karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq şəhərlər və rayonlararası sərnişindaşıyan nəqliyyatların hərəkətinə də icazə verilib. Sərnişinlər avtovağzala gələrək biletini alıb rahat şəkildə mənzil başına gedə bilirlər. Gəncədə də fəaliyyət göstərən avtovağzallar tam gücü ilə sərnişinlərə xidmət göstərməyə başlayıb.

Bazirlər kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq bu gündən şəhərlər və rayonlar arası sərnişin daşıyan avtobusların hərəkətinə icazə verilib. Gəncə Beynəlxalq Avtovağzalıda tam gücü ilə fəaliyyətə başlayıb. Gördüyünüz kimi avtovağzalda böyük canlama var.

Pandemiya səbəbindən 1 il 2 ay idi ki, fəaliyyətini dayandıran Gəncənin əsas avtovağzalı səhər saat 7-dən faəliyyətini bərpa edib. Sərnişinlər maska ilə avtovağzala daxil olur və tibb işçiləri tərəfindən onların  hərarətləri ölçülür.

Gəncə Beynəlxalq Avvtovağzlında Respublikanın 100-ə yaxın şəhər, rayon və  kəndlərinə nəqliyyat vastələri işləyir.  Avtovağzalda  operativ qərargahın bütün tapşırıqlarına əməl olunur, xəbərdar edici löhfələr vurulub.

Əsasən qərb istiqamətinə sərnişin daşınan Gəncə Avtovağzal MMC də fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın təstiq etdiyi qaydalara əsasən qurub. Bilet satılan kassalarda spirt qoyulub  və ara məsafəsinə diqqət edilir. Sərnişinlər rahatçılığı baxımında hər cür şərait yaradılıb.

Avtovağzallar həftə içi hər gün axşam saat 7-ə kimi faəliyyət göstərəcək.

Elnur Vahidoğlu