• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 27.05.2021 21:35

Hərbi attaşelər düşmənin dövlət sərhədindəki təxribatı barədə məlumatlandırılıb

KepezTV Player

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün brifinq təşkil olunub.Vurğulanıb ki, dövlət sərhədindəki insidentlə əlaqədar Azərbaycan tərəfi ictimaiyyəti dərhal və obyektiv məlumatlandırıb. Ermənistan isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti məsələnin həqiqi mahiyyətindən yayındırmaq üçün bir-birini təkzib edən dezinformasiyalar yaymaqla məşğul olub.Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb və Azərbaycan Respublikasının suveren sərhədləri çərçivəsində baş verib. Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginlik yalnız danışıqlar yolu, sərhədin delimitasiya və demarkasiyası aparılmaqla həll olunmalıdır” - deyə brifinqdə diqqətə çatdırılıb.