• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 27.05.2021 12:46

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı başlayıb

KepezTV Player

Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı start götürüb. Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi yarışda 22 ölkədən 171 idmançı qüvvəsini sınayacaq. 3 gün davam edəcək mundialda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Azərbaycan yarışda fərdi proqramda, qarışıq cütlükdə, qrup yarışlarında və aerodansda təmsil olunacaq.Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.