KepezTV Player
Gəncədə qətl hadisəsi baş verib. Olay şəhərin Məmməd Xələfov küçəsində yerləşən yaşayış binasının qarşısında qeydə alınıb. 37 yaşlı Qafar Amanov keçmiş həyat yoldaşı, 31 yaşlı Günay Amanovanı bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən Qafar Amanov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 1254