• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 26.05.2021 16:10

1120 nəfər magistr olmaq istəyir

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdi keçirilib. Gəncədə 5 binada təşkil olunan imtahan saat 11-də başlayıb. 12 imtahan rəhbəri və 99 nəzarətçi prosesi izləyib. 1120 nəfərin iştirak etdiyi imtahan pandemiya qaydalarına uyğun təşkil edilib. İştirakçılara 25 xarici dil, 25 informatika və 50 ümumi intellekt səviyyəsinin yoxlanması üçün test sualları verilib. İmtahanların cavabları yaxın günlərdə açıqlanacaq.