“Gəncənin səsi” qazetinin yaranmasının 100 illiyinə həsr olunan “100 ilin işığında” kitabının təqdimatı olub. Şəhər İcra Hakimiyyətində təşkil edilən təqdimatda çıxış edənlər qazetin uzun bir tarixi yol keçdiyini və bu dövrlər ərzində Nizami yurdunun reallıqlarını qazetin səhifələrində əks etdiyini bildiriblər. Eləcə də mətbu orqanın Gəncənin həyatında, həmçinin müharibə dövründə baş verən hadisələri operativ şəkildə oxucularına çatdırdığı ifadə olunub. 367 səhifədən və 5 fəsildən ibarət olan “100 ilin işığında” kitabında ulu öndər Heydər Əliyev, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkənin ikinci böyük şəhərinə səfərləri, qəzetin redaktorları haqqında və Gəncənin quruculuğu ilə bağlı yazılar dərc olunub. Tədbirin sonunda kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürnamə təqdim edilib.
- Baxış: 537